воскресенье, 13 марта 2011 г.

İnternetdə Azərbaycan dilində dərslər - 3

Salam,

İnternetdə azərbaycan dilində olan dərsləri axtarıram. İstəyirəm dərslər tapım, və onların siyahısını öz bloqumda yerləşdirim.
Fikirləşirəm ki, hər kəs virtual aləmdə doğma dilimizdə dərslər yazıb istifadəçilərə təqdim edirsə, dəstəklənməlidir. Arzulayıram ki, Azərbaycan dilində dərslər çoxalsın. Millətimizin də azəricə online mənbələrdən maariflənmə imkanları genişlənsin.

Axtarışlara davam edirəm. İnternetdə Pərviz Nəsirovun Adobe After EffectsPhotoshop proqramlarına aid ana dilimizdə video dərslər tapdım. Çox gözəl dərslərdir.

http://www.vimeo.com/nasirovparviz


Sonra Azəri türkcəsinə və ədəbiyyatımıza aid dərslər və məlumatlar toplayan bir sayt tapdım. Orada video dərsləri də gördüm və tarixlərə fikir verəndə hiss olunur yenilənən bir saytdır. Ünvanı budur:

http://www.ana-dili.com

Daha sonra biologiya fənni üzrə bir neçə video dərslər tapdım. Onlar TQDK – nın video dərsləri silsiləsindəndir və telebe.az saytında yerləşdirilib. Tam ünvanı belədir:

http://telebe.az/2010/12/test/

Bu saytda kurs işləri və referatlar da yükləyib baxmaq olar.


Əli İsmayılovun bloqu:

http://linux.dev.az

Bu bloqda maraqlı dərslər və yazılar tapa bilərsiniz.


Bundan əvvəl tapdığım internetdə yerləşdirilən dərslər siyahısına bloqumun "İnternetdə Azərbaycan dilində dərslər - 2" səhifəsində baxa bilərsiniz. Ünvan - http://mohammed-shukur.blogspot.com/2011/03/in-2.html

2 комментария:

  1. Məndə Azərbaycanca yazmağa çalışıram.

    http://linux.dev.az

    ОтветитьУдалить
  2. Çox yaxşı. Sizə bu işinizdə uğurlar.
    Necə deyərlər dama-dama göl olar.

    Bu postdakı siyahıya sizin blogunuzun linkinidə əlavə etdim.

    ОтветитьУдалить