воскресенье, 6 марта 2011 г.

C# dərsləri azərbaycan dilində. 8-cı dərs.

Salam,
Növbəti C# dərsimizə başlayırıq.

C# dərsləri. 8-cı dərs.


Bu qısa dərsdə mən şərhlər barədə danışacam. Dərslərin ardıcıllığı pozulmur, yox. Sadəcə bizim kodumuz getdikcə qəlizləşir. Və ən əsası isə kodun sətirləri artır. Bu isə o deməkdir ki, bir müddətdən sonra biz öz kodumuza yenidən nəzər salanda, elə də asan olmayacaq dərhal onun mənasını dərk etmək. Bəs indi təsəvvür edin ki, professional proqramçıların kodu minlərlə sətirdən ibarət olur.

Bunun üçün bizə C şarp şərhləri koda əlavə etmək imkanı yaradır.
Şərhlərin koddan fərqi ondadır ki, onu Visual Studio-nun kompilyatoru (bizim C şarp proqram sətirlərimizi maşın koduna çevirən vasitə) onları nəzərə almır. Lap orada şeir də yazsaq belə.

Cşarpda şərhlər üç növ olur.
Birincisi - tək sətir üçün şərh. Bunun üçün sətirin əvəlinə // yazmaq lazımdır.

Gəlin keçək nümumələrə:

Axırıncı kodumuzu yada salaq və oraya şərhlər əlavə edək.


// string tipli setir adli deyiseni elan edirik ve ona "5.65" qiymetini veririk
string setir = "5.65";
// double tipli kesrEded adli deyiseni elan edirik ve setir-i hemin edede ceviririk
double kesrEded = Convert.ToDouble(setir, System.Globalization.CultureInfo.InvariantCulture);
// ekrana neticeni cixardiriq
Console.WriteLine(kesrEded);
// ekrani derhal baglanmaga qoymuruq, o bizim klaviaturada duymeni basmagimizi gozleyir
Console.ReadKey();

Proqramı işə salaq.

Gördüyünüz kimi nəticə eynidir.

Şərhlər Cşarpda tünd yaşıl rəngə boyanır. Qeyd etdiyimiz kimi, // işarəsi ilə başlanan şərhlər tək sətirli şərhlər adlanılır. Yəni bu işarədən sonrakı bütün hərflər şərh kimi anlatılır.

Onu da nəzərə alın ki, şərhləri hər bir dildə yazmaq olar. Misal üçün azəricə yazmaq istəsəniz, sadəcə Visual Studio proyektini Unicode formatında yenidən Save etməyiniz tələb olunacaq. Amma əgər qısa proqram üçün başqa dildə yazmaq problem deyilsə, tələsik və iri həcmli kod üçün tez-tez klaviaturanın dil kodunu dəyişmək cansıxıcı olur.
Ona görə ingilis dilini bilənlər şərhləri ingiliscə yazarlar, qalanlarına isə məsləhət görürəm transliterasiya yolu ilə, yəni ingilis klaviatura dil kodu ilə doğma dilimizdə şərhləri yazmaq. Necə ki mən etdim.
 
Çoxlu sətiri şərh kimi qeyd etmək üçün biz ya hər sətirin qabağına // işarəsi qoymalıyıq, ya da ikinci varintı seçməliyik.

Çox sətirli şərhlərin qabağımda /* , axırında isə */ işarəsi qoyulur.

Misala baxaq.


/* 
string tipli setir adli deyiseni elan 
edirik ve ona "5.65" qiymetini veririk
*/ 
string setir = "5.65";
/* double tipli kesrEded adli deyiseni elan edirik
ve setir-i hemin edede ceviririk
burada biz Convert aletinden istifade edirik
ustegel hele  CultureInfo -sundanda yararlaniriq
*/
double kesrEded = Convert.ToDouble(setir, System.Globalization.CultureInfo.InvariantCulture);
/* ekrana neticeni cixardiriq */
Console.WriteLine(kesrEded);
/* ekrani derhal baglanmaga qoymuruq,
o bizim klaviaturada duymeni basmagimizi gozleyir */
Console.ReadKey();

Fikir verirsinizsə, biz bu şərh tipini bir neçə cür istifadə etdik Əsası odur ki, /* və */ arasında olan hər bir hərfləri C şarp şərh kimi başa düşür.

Belə bir yol da tez-tez istifadə olunur.

string setir = /* bu sherhin bashqa bir numunesidir */ "55";
Console.WriteLine(setir);
Console.ReadKey();

bu kod

string setir = "55";
Console.WriteLine(setir);
Console.ReadKey();

koduna tam ekvivalentdir, setir adlı dəyişən şərhi heç görmürdə.

Şərhin üçüncü tipi isə XML şərhi adlanır. Onun işarəsi /// olur və belə şərhlər boz rəngə boyanır. Bu şərhlərə biz gələcəkdə, klaslar və proyektlər haqda danışanda, nəzər salacayıq və faydasını öyrənəcəyik. Hal-hazırda onların bizə heç bir xeyri yoxdur.

Zənnimcə şərhlər və onların kodu daha da oxunacaqlı etməsi haqda qaranlıq bir yer qalmadı.

Sadəcə bir Visual Studionun düyməsini də sizə öyrədim.

Proqramınızın bir neçə sətirini siçan ilə seçin.


Sonra isə qırmızı xətt ilə əhatə etdiyim düyməni siçanın sol düyməsi ilə klikləyin.



Seçilmiş sətirlər dərhal şərh kimi qeyd olunurlar.



Gördüyünüz kimi proqramın bir hissəsini şərh kimi dərhal işarələmək üçün və C# -a o sətirləri nəzərə almamasını tələb etmək üçün çox asan bir yoldu.

Yenə də o sətirləri seçək


İşarə etdiyim düyməni basaq.


Və dərhal şərh sətirləri yenidən koda çevrilir


Şərhlər barədə bu qədər.

8-ci dərsin sonu.


Комментариев нет:

Отправить комментарий