суббота, 24 ноября 2012 г.

JavaScript sürətlə inkişaf edir

Son illərdə JavaScript dili sürətlə inkişaf edir. Artıq bu dilə skeptik yanaşan insanlar onu dərindən öyrənirlər və dəstəkləyirlər. Əvvəllər bu dilə əsasən statik veb səhifələrə dinamiklik gətirən bir skript kimi yanaşırdılar.

JS-in bu cür irəliləməsinin əsas səbəblərdən biri HTML5 standartının üzə çıxması oldu. HTML köhnə toz basmış 4-cü versiyadan müasir zəmanə ilə ayqlaşmaq üçün əsaslı dərəcədə yeniləşdi. HTML5-CSS3-JavaScript birləşməsinin gücünü hamı anladı. Adobe öz nəhəng Flash sistemini yavaş-yavaş dayandırmağa məhkum oldu. Çünki artıq RIA sistemlərinin zamanı gəlmişdi. Sürətlə inkişaf edən və proqramçıların bəraətini qazanmış Microsoftun əməyi - Silverlight-da artıq 5-ci versityadan sonra dayandırılmağa məhkum oldu. Tamam, artıq HTML5 zamanıdır! Və HTML5 JavaScriptin inkişafına güclü təkan verdi.

Artıq JavaScript Microsoftun rəsmən dəstəklədiyi və istafədəyə tövsiyyə etdiyi dillər siyahısına daxil edilib. Yəni tək veb üçün yox, artıq Windows üçün doğma proqramlar da yazmağa tövsiyyə edilir. Hətta rəsmi sertifikatlara da Microsoft bu dili daxil edib. Üstəgəl tanınmış iOS və Android sistemləri üçün də bu dildən geniş istifadə edilməsini qəbul ediblər.

Hal-hazırda  ECMAScript 5 istifadə oluur və  veb-bələdçiləri (browser) tərəfindən dəstəklənməyə davam edir. Beşinci standart yeni imkanlar yaratdı,  əsasən də obyekt-yönümlü yüksək səviyyəli dillərə (C#, Java, C++ və s.) üstünlük verən proqramçılara. Lakin sadaladığımız dillərdən JS hələ çox uzaqdır. Amma ...


Qarşılayın TypeScript və ya, Əhsən sənə Xelsberq!

TypeScript - JavaScript dilinin üstünə yazılmış bir kod örtüyüdür. Amma bu dili obyekt yönümlü proqpramlaşdırma (OYP) prinsiplərinə necə də oxşadıb. OYP dillərində yazan proqramçıları TypeScript əlan özünə cəlb edəcək. Ən asası ciddi tipləşdirməyə görə. İkincisi OYP prinsiplərinə uyğun sinif formasına görə. Üstəgəl Visual Studio mühitinə inteqrasiya olunur və kompilyasiyadan sonra təmiz JavaScript koduna çevrilir. JQuery-ni tam dəstəkləyir. Sözün qısası, özünüz baxın və mütləq dahi Xelberqin məruzəsinə qulaq asın:

http://www.typescriptlang.org/



ECMAScript 6 gəlir

Bunula yanaşı, JavaScriptin özüdə inkişafdadır. Artıq 6-cı standartı gəlir. Orada da ənənəvi OYP prinsiplərinə tərəf mühüm irəliləyişlər var.

http://addyosmani.com/blog/a-few-new-things-coming-to-javascript/

https://developer.mozilla.org/en-US/docs/JavaScript/ECMAScript_6_support_in_Mozilla