Salam,
Biz CİS (coğrafi informasiya sistemləri) dərslərimizə davam edirik.
Birinci dərsimizdə biz ilk geobazamızı yaratdıq. İkinci dərsimizdə isə biz xətti obyektlərin fiç-klasını yaratdıq. Biz artıq bu fiç-klasa xətti obyektləri daxil edə bilərik.
Sadəcə gəlin biz keçən dərsimizdə olduğu kimi, fiç-klas yaratma əməliyyatını bir daha təkrar edək, lakin bu dəfə nöqtəvi və poliqonal obyektlər üçün.
ArcCataloq proqramını açaq. Orada geobazamıza daxil olaq. Xatırladım ki, bizim geobazamız MapSource1 adlanır və o c:\ArcGIS_maps adlı qovluqda yerləşir.
Burada biz yenə sağ paneldə siçanın sağ düyməsini klikləyərək, New -> Feature Class komandasını seçirik.
Ekrana New Feature Class pəncərəsi çıxır.
Name və Alias-a gəlin Merkezler sözünü daxil edək. Bu fiç-klasın adıdır (MapSource1 bazamızda Merkezler adlı baza cədvəli yaranacaq). Type isə, yeni fiç-klasın tipini biz Point Features seçirik. Yəni bu cədvəldə yalnız nöqtəvi obyektlər saxlanılacaq.
Next (Далее) düyməsini basaraq növbəti pəncərəyə keçid alırıq.
Burada biz koordinat sistemini daxil etməliyik. Hal-hazırda bizə WGS1984 koordinat sistemi lazımdır. Keçən dərsimizdə göstərdiyim kimi, bunun üçün biz Coğrafi Koordinat Sistemlərində World sözünü seçirdik, orada isə WGS 1984 adlı koordinat sistemini seçmişdik. Bu dəfə artıq bizim bir fiç-klasımız həmin koordinat sistemində var. Ona görə, koordinat seçməyin başqa yolunu sizə göstərirəm. Bunun üçün biz Import düyməsini basırıq.
Burada biz geobazamıza daxil oluruq.
Yollar adlı fiç-klasımızı seçirik və Add düyməsini klikləyirik.
Gördünüz kimi koordinat sisteminin adı Name-in qabağında yazıldı. Yəni biz yaratmaq istədiyimiz klasın koordinat sistemini artıq mövcud olan fiç-klasdan götürdük.
Bundan sonrakı addımlarımız keçən dərsdə göstərdiyimdən fərqlənmir. Next və Finish düymələrini basaraq biz nöqtəvi Merkezler adlı fiç-klası yaratmış oluruq.
Axırıncı fiç-klasımız isə poliqonal fiç-klass olacaq. Yəqin ki özünüz artıq onu sərbəst yarada bilərsiniz. Onu misal üçün Rayonlar adlandırın. Tipini isə təbii ki Polygon Features seçəcəksiniz.
Uğurlu əməliyyatdan sonra sizin geobazanız bu cür olmalıdır.
Bununla da 3-cü dərsimiz başa çatdı.

Комментариев нет:
Отправить комментарий