пятница, 25 февраля 2011 г.

Lətifələr - 1


Lətifələr dinləmək istəyəndə və ya onları internetdə oxuyanda, təəssüf ki, tez-tez əxlaqsız mövzulara aid olanlarla rastlaşırıq. Belə bir fikirə gəldim ki, ara-bir əxlaqlı lətifələrdən bir neçəsini bloqumda yazım.


Kitaylı azərbaycanlıdan soruşur:
- Siz nə qədərsiz?
- 8 milyon.
- Onda yəqin siz hamınız bir-birinizi üzdən tanıyarsınız.

*  *  *

Bələdçi turistlərə deyir:
- Biz hal-hazırda  məşhur Niaqara şəlaləsinin yanındayıq. İndi əgər hörmətli xanımlarımız bir az sussalar, biz bu şəlalənin əzəmətli səsini eşidərik.

*  *  * 

Мüdir, katibə və cavan işçi nahar etməyə gedirlər. Təsadüfən bir lampa görürlər. Ondan da nağıllarda olduğu kimi cin çıxır.
- "Hərənizin bir arzusunu yerinə yetirməyə hazıram!"
Katibə:
- "Birinci mən, birinci mən. İstəyirəm Hollivudda tanınmış bir aktrisa olum. Şəkillərim hər yanda asılsın. Mənim haqda hamı danışsın."
Və həmin an yox oldu.
İşçi:
- "İndi mən. İstəyirəm Havay adalarında istirahət edim və orada da yaşayım."
Bunu deyən kimi arzusu yerinə yetdi və o yox oldu.
Müdir:
- "İstəyirəm müştərilərimizin sayı çoxalsın. Şirkətimiz inkişaf etsin. Bu iki tənbəl də nahardan sonra iş başında olsunlar. İllik hesabat başlayır."

Nəsihət: Həmişə birinci müdiri dinləyin, sonra öz fikrinizi deyin.


Комментариев нет:

Отправить комментарий