воскресенье, 20 февраля 2011 г.

C# dərsləri azərbaycan dilində. 2-ci dərs.


Salam.

İkinci dərsimizə başlayaq. 

C# dərsləri. 2-ci dərs.

Birinci dərsimizdə biz iki sətirdən ibarət kod əlavə etmişdik. Gəlin onların yerinə bu üç sətri yığar.

            string setir = "Salam dunya";
            Console.WriteLine(setir);
            Console.ReadKey();

Yenə də “F5” düyməsini basırıq, ya da “Start debugging” (balaca yaşıl üçbucaq) düyməsini siçanla klikləyirik. Bundan sonra bu əməliyyata mən sadəcə “proqramı işə salmaq” deyəcəm.

Gördüyünüz kimi nəticə dəyişmədi. Bəs kodda biz nə dəyişdik. Biz dəyişən əlavə etdik. Dəyişənlər özündə tipinə uyğun olan bir qiyməti saxlayırlar. Bizdə “setir” adlandırdığımız dəyişən string tipli (string imgiliscə sətir deməkdir) bir qiyməti özündə saxlayır. Sətir tipi əsasən hərflərdən və rəqəmlərdən ibarət olur. Biz buna hələ qayıdacayıq.

Bəs niyə dəyişənlərdən istifadə olunur. Bunu bir müddətdən sonra tam anlayacaqsınız. Dəyişənlər proqram kodunda çox rahat əməliyyatların əmələ gəlməsi üçün istifadə olunur.
Gəlin kodu bir az dəyişək

  string setir = "Salam dunya";
  Console.WriteLine("setir adli deyisen buna beraberdir: " + setir);
  Console.ReadKey();

Proqramı işə salanda bunu görürük.


Gəlin kodu bir az da dəyşək

  string setir = "Salam dunya";
  Console.WriteLine("setir adli deyisen buna beraberdir: " + setir);
  setir = "Salam olsun sene, ey dunya!";
  Console.WriteLine("indi setir adli deyisen buna beraberdir: " + setir);
  Console.ReadKey();

Biz setir adlı dəyişənə iki dəfə başqa-başqa sətir tipli qiymətlər verdik. Diqqət edin bu koda:

setir = "Salam olsun sene, ey dunya!";

burada artıq biz string sözünü yazmadıq. Buna ehtiyac yoxdur, çün ki biz artıq setir adlı dəyişənin tipini müəyyən etmişik və C# bunu qəbul edib. İkinci dəfə eyni adlı dəyişənin tipini göstərmək olmaz.

Proqramı işə salanda bu görüntü ekrana çıxır.



Bir az kodu dəyişsək string tipinin əməliyyatlarının birini də nümayiş edə bilərik.
 string setir = "Salam dunya";
 Console.WriteLine("setir adli deyisen buna beraberdir: " + setir);
 setir = setir + "Salam olsun sene, ey dunya!";
 Console.WriteLine("indi setir adli deyisen buna beraberdir: " + setir);
 Console.ReadKey();

Proqramı işə salanda bu görüntü ekrana çıxır.


Deməli string tipinə adi üstəgəlmə əməliyyatı da tətbiq etmək olar.

Bu dərsimizdə biz string tipli dəyişənlər haqda qısaca giriş məlumatı əldə etdik. Gələn dərslərimizdə biz dəyişənlər haqda daha da geniş məlumatlar əldə edəcəyik, inşaallah.

İkinci dərsin sonu.




Комментариев нет:

Отправить комментарий