Salam,
Fikrim var, C# (Si şarp) dərslərinə başlayım. Doğma dilimizdə internet resursları hələ kifayət qədər deyil.
C# çox güclü və geniş yayılmış proqramlaşdırma dilidir. Onu Microsoft şirkəti yaradıb. Artıq bu dilin yaşı on ilə çatır. Həm cavan, həm də çoxlu innovasiyaları özündə geniş əks etdirən bir dildir. İdarəolunan .NET mühiti üçün yazılan bu dil elə bu platformanın bəyənilməsinin əsas səbəblərindən biridir. Onun vasitəsi ilə həm desktop üçün (WinForm, WPF), həm veb üçün (ASP.NET), həm multimedia üçün (Silverlight) yüksək səviyyəli proqramlar yazmaq olar.

C# dərsləri. 1-ci dərs.
Mənə belə gəlir ki, yeni bir şeyi öyrənəndə, ilk növbədə sadə və praktiki işlərdən başlamaq lazımdır. Teoriyaya isə bir az sonra da başlamaq olar.
Deməli bizə Visual Studio proqramı lazım olacaq. Microsoft şirkəti Visual Studio Express Edition adlı məhsulunu tamamilə pulsuz istifadəyə icazə verir. Onu siz Microsoftun saytından yükləyə bilərsiniz.

Məndə Visual Studio 2010-dur, amma 2008-ci ilin Studio-su da yarayır.
Visual Studio proqramını işə salırıq. Belə bir görüntü ekrana gəlir.
File –> New Project (yaxud Ctrl+Shift+N) seçirik.
Burada “Installed Templates”-də Visual C#, sağ tərəfdə isə “Console Application” seçirik. “OK” düyməsini klikləyin.
Ekranda konsol proqram şablonu əmələ gəlir. Burada qisa proqram kodu yazılıb. Düzdür səhnə arxası başqa fayllarda da var, lakin biz ora hələ toxunmuruq.
Bu koda növbəti şəkildə göstərilən kimi, biz iki sətir əlavə edirik.
Console.WriteLine("Salam dunya");
Console.ReadKey();
Sonra ya “F5” düyməsini basırıq, ya da ekranda göstərdiyim “Start debugging” (balaca yaşıl üçbucaq) düyməsini siçanla klikləyirik.
Ekranda konsol pəncərəsi açıldı. Təbrik edirəm, siz ilk C# proqramınızda dünyaya salam göndərdiniz.
İlk proqramımız cəmi iki sətirin köməyi ilə alındı.
Console.WriteLine("Salam dunya");
Console.ReadKey();
Diqqətlə fikir versəniz, görərsiniz ki, əlavə etdiyiniz kodun ilk sətri “Salam dunya” sözlərini konsol ekrandında əks etdirir.
İkinci sətir isə konsol ekranının dərhal bağlanmamasını təmin edir. Sizdən klaviaturada hər hansı bir düymənin basılmasını konsol ekranına gözlətdirir.
1-ci dərsin sonu.
Комментариев нет:
Отправить комментарий