суббота, 23 апреля 2011 г.

İnternetdə Azərbaycan dilində dərslər - 4


Salam,

İnternetdə azərbaycan dilində olan dərsləri axtarıram. İstəyirəm dərslər tapım, və onların siyahısını öz bloqumda yerləşdirim.
Fikirləşirəm ki, hər kəs virtual aləmdə doğma dilimizdə dərslər yazıb istifadəçilərə təqdim edirsə, dəstəklənməlidir. Arzulayıram ki, Azərbaycan dilində dərslər çoxalsın. Millətimizin də azəricə online mənbələrdən maariflənmə imkanları genişlənsin.


 Bu mövzuya davam edirəm.


Azərbaycanda ən azı mən rastlaşdığım proqramlaşdırma haqqlnda hansısa mərhələnin bütöv kursunun ilk video dərsləri işıq üzü gördü. Bu çox sevindirici haldır. Bu kursu hazırlayan Əliyev Nəsirdir. Mündəricatından göründüyü kimi bu kursda TurboPascal haqqında lazımi məlumatlar verilir.


1.Giriş

İlkin nəzəri hissə:
2.Kompilyator,Kompilyatorun işləmə prinsipi,Kompüterinizə Turbo Pascal Kompilyatorunun yüklənməsi.
3.İdentifikatorlar,Açar Sözlər.
4.Dəyişənlər,Tiplər.
5.Turbo Pascal-da riyazi əməllər və müqayisə əməlləri.
6.Turbo Pascal-da proqramın quruluşu (strukturu).

Praktiki hissə:
7.Writeln, Readln Operatorları və onlarla iş.
8.Sabitlərin, Dəyişənlərin elan olunması və işlənməsi.
9.İF şərt operatoru və istifadəsi.
10.Şərt zamanı And , OR açar sözlərindən istifadə.
11.Bəzi lazımlı Funksiyalar və Kvadrat tənliyin həll edilməsi alqoritmi.
12.CASE operatoru.
13.Dövr operatorları.FOR Dövr operatoru.
14.Ön şərtli WHILE , son şərtli REPEAT dövr operatorları.
15.Birölçülü massivlər.
16.İkiölçülü massivlər
17.Simvol tipi,Sətr tipi.
18.Sətrlərlə iş üçün Funksiya , Prosedurlar.
19.İstifadəçi Alt proqramları (Funksiya , Prosedurlar) və onların yaradılması.
20.Turbo Pascalda mtandart modullar.
21.Modulların Strunkturu və yaradılması.
22.Fayllar,Məntiqi və Fiziki fayl.
23.Fayllarla iş.
24.Yazı tipi,WITH instruksiyası.
25.Çoxluqlar və onlarla iş.


Düzdür, mən özüm bu video-kursu izləməmişəm, lakin inanıram ki Əliyev Nəsirin dərsləri bu dili öyrənib proqramlaşdırmaya başlamaq istəyənlər üçün çox faydalı olar. Üstəgəl münasib qiyməti var - 15 manat.

Daha geniş məlumatı bu linkdən əldə edə bilərsiniz:  http://coder.az/dvd/1/index.php


Bundan əvvəl tapdığım internetdə yerləşdirilən dərslər siyahısına bloqumun bu səhifələrində baxa bilərsiniz -
  "İnternetdə Azərbaycan dilində dərslər - 3"  - http://mohammed-shukur.blogspot.com/2011/03/internetd-azrbaycan-dilind-drslr-3.html 
 "İnternetdə Azərbaycan dilində dərslər - 2" -  http://mohammed-shukur.blogspot.com/2011/03/in-2.html


среда, 6 апреля 2011 г.

Android üçün MonoDroid 1.0 artıq hazırdı


Artıq C# dilindən istifadə edən proqramçılar Android planşetlər və smartfonlar üçün MonoDroid 1.0 vasitəsilə yaza bilərlər. Bu paketə Visual Studio 2010 üçün plagin daxildir.


http://mono-android.net/

Sınamaq üçün demo versiyanı bu ünvandan yükləmək olar:
http://mono-android.net/DownloadTrial

MonoDroid-i öyrənmək üçün bu linklə başlamaq olar.
http://mono-android.net/Tutorials/Hello_World

понедельник, 4 апреля 2011 г.

2011-ci ildə Google planetin ən bahalı markası oldu

2011-ci ildə nüfuzlu Britaniya şirkətini Brande Finance-nin reytinqinə əsasən Google 44,3 milyard dollar dəyərində göstəricisiylə planetin ən bahalı markası oldu. İkinci yeri isə Microsoft şirkəti tutub.



Brand Finance-nin icraçı direktoru Devid Heyin sözlərinə görə, on liderdən beşi texnoloji şirkətidir. Bu da  onun göstəricisidir ki, brendin inkişafı üçün texnoloji innovasiyaların fasiləsiz tətbiq edilməsi və yayılması  vacibdir.

Tam siyahıya bu ünvada baxmaq olar: http://brandirectory.com/league_tables/table/global_500_2011

пятница, 1 апреля 2011 г.

JQuery 1.5.2 istifadəçilərə təqdim edildi


JQuery 1.5.2. 
2011-ci il martın 31-i çoxlarının bəyəndiyi pulsuz JQuery kitabxanasının yeni 1.5.2 versiyası işıq üzü gördü və istifadəçilərə təklif edildi.


Yeni versiyanı bu ünvanda yükləmək olar:
http://blog.jquery.com/2011/03/31/jquery-152-released/

JQuery - JavaScript dilinin pulsuz kitabxanasıdır (hazır funksiyalar toplusu). Əsasən HTML və JavaScript arasında olan qarşılıqlı əlaqənin üstündə formalaşan və bunu asanlaşdıran bir alətdir. Çox asanlıqla DOM elementlərilə və atributlarla işləmək imkanı yaradır. Bundan əlavə Ajax texnologiyası üçün asan bir API təklif edir.

Daha geniş məlumatı JQuery-nin rəsmi saytından əldə edə bilərsiniz: http://jquery.com/

суббота, 19 марта 2011 г.

Lətifələr - 3

Lətifələr dinləmək istəyəndə və ya onları internetdə oxuyanda, təəssüf ki, tez-tez əxlaqsız mövzulara aid olanlarla rastlaşırıq. Belə bir fikirə gəldim ki, ara-bir əxlaqlı lətifələrdən bir neçəsini bloqumda yazım.

Nozruz bayramınız mübarək olsun! Yazın gəlişi münasibəti ilə sevinciniz bütün il boyu sizinlə gələn yaza qədər qalsun! Süfrəniz bol, diliniz şirin, əhvalınız xoş olsun! Bayramla əlaqədar çalışdım daha çox lətifə yazım.

*  *  *

İki bit görüşür. Bitin biri o birisindən soruşur:
- Neçə gündür hardasan?
- Elşənin başında.
- Bəyəm Elşən kecəl deyil?
- Sürüşürdüm.

*  *  *

Gecə yarısı evden şübhəli səslər eşidilir. Səsə qalxan kişi həyəcan içində arvadını oyadir.
- Ay arvad, deyəsən axı evə oğru girib? Hər ehtimala qarşı dur, paltarını geyin.
- Yaşıl paltarımı geyinim, yoxsa qırmızını?

*  *  *

Biri dostuna deyir:
- Bizə bir nəfərlik istirahət zonasına bilet veriblər. Bəs nə edək? Biz ailəliklə dincəlmək istəyirik axı?
- Əgər siz ailəliklə dincəlmək istəyirsinizsə, qaynanı ora yollayın.

*  *  *

Arvad ərindən soruşur:
- Əzizim, bizim "Necə yüz il yaşamaq olar?" kitabımızı görməmisən.
- Mən onu beş günlük gizlətmişəm. Axı anan bayram günləri bizdə qalacaq.

*  *  *

Arvad ərindən psixiatora şikayət edir:
- Mənim ərim gündəlik yazır. Və orada mənim bütün səhvlərimi qeyd edir. Hətta xırda belə xətalarımı da yazır.
- Narahat olmayın, burada qorxulu bir şey yoxdur.
- Başa düşürsünüz, ərim gündəliyi bir həftə qabağa yazır.

*  *  *

Arvad ərindən soruşur:
- A kişi, bizə iki hörmətli ailədən, Atabəylərovlardan və Səmədxanlılardan elçiliyə gəliblər. Qızımızı onlardan birinə verməliyik. Sən nə deyirsən. Görəsən hansı ailənin bəxti gətirəcək.
- Səmədxanlıların bəxti gətirəcək. Qızı isə Atabəylərovlara verəcəyik.

*  *  *
Arvad ərinə:
- Mən kor və kar olmuşam sənə ərə gələndə.
- Görürsən əzizim, mən səni hansı xəstəliklərdən sağaltmışam.

*  *  *
Xəstə həkimdən soruşur:
- Doğru deyirlər ki, kök yemək gözə xeyirdi?
- Əlbəttə, siz heç eynəkli dovşan görmüsünüz?


*  *  *

Muzey işçisininə şiddətli cəva verildi. Onun səhlənkarlığı nəticəsində bir ay Maleviçin məşhur "Qara kvadrat" əsəri baş-ayaq asılmışdı.
*  *  *

Bir kişi meşədə azır və var güçü ilə qışqırır.
- Auuuu, kimsə məni eşidir?
Birdən onun qarşısına ayı çıxaır və soruşur:
- Nə qışqırırsan?
- Mee-eşədə azımışam. Fiki-irləşdim bəlkə kimsə var və məni eşidər?
- Bax mən eşitdim. Necə, rahat oldun?

*  *  *

Rüşvət almaq istəyən müəllim tələbəyə deyir:
- Siz həyəcənlanmayın. Narahat olmayın. Mənim üsulum çox sadədi. Qorxulu heç nə yoxdu. Mən sual verirəm, əgər cavab verə bilməsəniz ... hər şey aydındı.
- Bəs əgər cavab versəm?
- Onda ikinci sual verirəm, əgər cavab versən üçüncüsünü verirəm və ... hər şey aydın olana qədər.


*  *  *

Müasir cavan ailə.
Arvad seriala baxır, nə isə danışır. Sonra ərinə tərəf çönüb deyir:
- Təsəvvür edirsən. Mən deyəsən dəli oluram, televizorla danışmağa başlamışam.
Əri - kompüterə:
- Təsəvvür edirsən, arvadım televizorla danışır.



*  *  *

Qapı açılır və içəri cavan oğlan daxil olur.
- Salam, ata!
Ata kompüter arxasında oturub, və heç üzünü də çevirmədən soruşur:
- A bala, haralarda itib-batmışdın?
- Əsgərlikdə idim, ata ...

*  *  *

Fərsiz bir kənd sakini ova gedir və ayını öldürdüyünü iddia edir. Heç kəs inanmır. Lakin hamı ölü ayını gördükdə təəcüblə fərsizdən soruşurlar.
- Onun yarası yoxdur, sən ona neçə güllə atmısan?
- On dənə.
- Bəs o nədən öldü?
- Gülməkdən.





AĞILLI UŞAQLAR

- Müəllimə, insanı etmədiyi bir işə görə cəzalandırmaq olar?
- Yox, əgər eləməyibsə, olmaz.
- Müəllimə, mən ev tapşığını eləməmişəm.

*  *  *

Ata və bala küçə ilə gedirlər. Bu zaman onların üstünə bir it hürməyə başlayır.
Ata oğluna:
- Qorxma oğlum, sən bəs atalar sözünü eşitməmisən - "Hürən it adamı tutmaz"
- Mən o atalar sözünü bilirəm, bəs it onu bilirmi?

*  *  *

Müəllimə şagirdə:
- Pəncərəni bağla. Bayır soyuqdu.
- Guya pəncərəni bağlasam bayır isti olacaq.

*  *  *

- Ata, bizə məktəbdə dedilər ki, müharibədə aclıq illərində çörəyi kartla verirdilər.
- Bəli qızım elədi.
- Ata, bəş çörəkləri bankomata neçə yerləşdirirdilər.

*  *  *

Müəllimə şagirdə:
- Sən yenə də dərsə gecikdin.
- Müəllimə, oxumaq heç zaman gec deyil!

*  *  *

Ata oğlundan soruşur:
- Məktəb necədi, xoşuna gəlir?
- Orada bir qadın bizi otağa yığır və həmişə nəsə soruşur. Yəqin özü heç nə bilmir.

*  *  *

Müəllimə coğrafiya dərsində şagirddən soruşur:
- Əgər biz yer kürəsini ekvadtor xəttində deşsək, harda peyda olarıq?
- Dəlixanada.

*  *  *

- Ata, tap görüm ən çox gecikən qatar hansıdır?
- Bilmirəm oğlum, sən de.
- Keçən ildən mənə almağa söz verdiyin.


Ötən səhifələrdə lətifələr:
Lətifələr - 2  http://mohammed-shukur.blogspot.com/2011/03/anekdot-2.html
Lətifələr - 1 http://mohammed-shukur.blogspot.com/2011/02/anekdot-1.html


воскресенье, 13 марта 2011 г.

Proqramlaşdırma dillərini yaradanlar

Salam

Burada mən istəyirəm məşhur proqramlaşdırma dillərini yaradan tanınmış insanların şəkillərini yerləşdirim. Sonralar çalışacam onlar haqda ətraflı yazılar yerləşdirim.


C dili


Denis Riçi (Dennis MacAlistair Ritchie)
Məşhur C dilini yaradan. UNIX  sisteminin əsas yaradıcılarından biri.


Brayn Kernihan (Brian Wilson Kernighan)
Məşhur və uzun illər bestseller olan "C proqramlaşdırma dili" kitabının Denis Riçi ilə birgə müəllifi.



FORTRAN dili


Con Bekus (John Backus)
İlk yüksək səviyyəli proqramlaşdırma dili olan FORTRANIN yaradıcılar qrupunun rəhbəri.



Java dili


Ceyms Qoslinq (James A. Gosling)
Məşhur Java dilinin müəllifi.


C++ dili

Byorn Straustrup (Bjarne Stroustrup)
Danimarkalı proqramçısı - məşhur C++ dilinin müəllifi.


C# dili


Anders Heylzberq (Anders Hejlsberg)
Bu isə bizim öyrəndiyimiz C# dilinin əsas yaradıcısı. Danimarkalı proqramçı tək bu işi ilə tananmamışdır. Onun yaratdığı Pascal kompilyatoru MS-DOS əməliyyat sistemində işləyən məhşur Turbo Pascal -ın əsasını təşkil etdi. Sonralar Borland şirkətində inqlabi interfeysi ilə və sairə üstünlükləri ilə sevilən Delphi -ni yaratdı. Əgər yanılmıramsa, interfeysin intellektual köməkçi sistemləri elə Delphi-dən başladı.



Pascal dili




Niklaus Virt (Niklaus Wirth)
İsveçrəli alim Virtin kompüter aləmində olan dəyəri danılmazdır. O əsasən Pascal proqramlaşdırma dilinin yaradıcısı kimi hamımızın yadımızda qalacaq. Bu dil o 1970-ci ildə yaradılıb. Dil görkəmli fransız riyaziyyatçısı, fiziki və filosofu Blez Paskalın şərəfinə olaraq təyin edilib. Ciddi tipləşdirmə və struktur proqramlaşdırmaya əsaslanan bu dil uzun illər təhsildə geniş istifadə olunub və neçə-neçə proqramçılar nəslini yetişdirib. Ümumiyyətlə struktur proqramlaşdırmanı çox vaxt onun adı ilə bağlayırlar. Virtin yaratdığı başqa dillər - Euler (1963), Algol-W (1966), PL360 (1968), Modula (1976), Modula-2 (1979), Oberon (1988).



BASIC dili



Tomas Kurtz (Thomas Eugene Kurtz, şəkildə solda) və Con Kemeni (John George Kemeny).

Tomas Kurtz macar əsilli amerikalı riyaziyyatçı Con Kemeni ilə birgə 1964-cü ildə məhşür yüksək səviyyəli proqramlaşdırma dilini yaratdılar. BASIC (ingilis dilində əsas sözü kimi tərcümə edilir, lakin bu dilin adı həm də abbreviaturadər - Beginner's All-purpose Symbolic Instruction Code, yəni  yeni başlayanlar üçün simvolik təlimatların universal kodu). Bu dil bu günə qədər yaşayır. Hal-hazırda VisualBasic.NET dili öz əcdadına çox oxşamasa da, BASIC ən uzunömürlü dillərdən sayıla bilər.


Objective C dili

Bred Koks (Brad Cox)
Hal-hazırda Apple sistemində istifadə olunan Objective C dilinin müəllifi.



Perl dili

Lari Uol (Larry Wall)
Çox gözəl Perl dilinin yaradıcısı linqvist Lari Uoldur. Bu dilin adının mənası — Practical Extraction and Report Language, yəni Verilənlərin çıxarılmasının və hesabatın hazırlanması üçün praktiki dil.



Python dili


Qvido van Rossum (Guido van Rossum)
Hollandiyalı proqramçı Python (piton) dilini əsas yaradanıdır.



Ruby dili



Yukihiro Matsumoto (Yukihiro Matsumoto)
Yaponiyalı proqramçı 1995-ci ildə Ruby (rubin) adlı dili yaratdı.



PHP dili


Ramsus Lerdorf (Rasmus Lerdorf)



LISP dili

Con Makkarti (John McCarthy)
Məşhur funksional dili LISP (LISt Processing language — siyahıların işlənməsi dili) Con Makkarti tərəfindən yaradılmışdır.



JavaScript dili



Brendan Ayk (Brendan Eich)
Hal-hazırda Mozilla Corporationun baş mühəndisi işləyən Brandan Ayk 1995-ci ildə Netscape Naviqator üçün bu məşhur skript dilini yaratmışdır.


Siyahı təbii ki, tam deyil, burada mən yalnız bir neçə məhşur proqram dillərini qeyd etdim. Komputer aləmində böyük əməyi olan insanların siyahısını bir bloq səhifəsində yerləşdirmək qeyri-mümkündür. Bu insanlar informasiya aləmini öz ixtiraları ilə inkişafa doğru aparıblar və tarixə adlarını qızıl hərflərlə yazıblar. Və hələ nə qədər də olacaq ...
Arzu edirəm, nə vaxtsa bu siyahıda gələcək nəsillər türklərin də adını görsün, inşaallah.

İnternetdə Azərbaycan dilində dərslər - 3

Salam,

İnternetdə azərbaycan dilində olan dərsləri axtarıram. İstəyirəm dərslər tapım, və onların siyahısını öz bloqumda yerləşdirim.
Fikirləşirəm ki, hər kəs virtual aləmdə doğma dilimizdə dərslər yazıb istifadəçilərə təqdim edirsə, dəstəklənməlidir. Arzulayıram ki, Azərbaycan dilində dərslər çoxalsın. Millətimizin də azəricə online mənbələrdən maariflənmə imkanları genişlənsin.

Axtarışlara davam edirəm. İnternetdə Pərviz Nəsirovun Adobe After Effects və Photoshop proqramlarına aid ana dilimizdə video dərslər tapdım. Çox gözəl dərslərdir.

http://www.vimeo.com/nasirovparviz


Sonra Azəri türkcəsinə və ədəbiyyatımıza aid dərslər və məlumatlar toplayan bir sayt tapdım. Orada video dərsləri də gördüm və tarixlərə fikir verəndə hiss olunur yenilənən bir saytdır. Ünvanı budur:

http://www.ana-dili.com

Daha sonra biologiya fənni üzrə bir neçə video dərslər tapdım. Onlar TQDK – nın video dərsləri silsiləsindəndir və telebe.az saytında yerləşdirilib. Tam ünvanı belədir:

http://telebe.az/2010/12/test/

Bu saytda kurs işləri və referatlar da yükləyib baxmaq olar.


Əli İsmayılovun bloqu:

http://linux.dev.az

Bu bloqda maraqlı dərslər və yazılar tapa bilərsiniz.


Bundan əvvəl tapdığım internetdə yerləşdirilən dərslər siyahısına bloqumun "İnternetdə Azərbaycan dilində dərslər - 2" səhifəsində baxa bilərsiniz. Ünvan - http://mohammed-shukur.blogspot.com/2011/03/in-2.html

.